Avropanın daha iki ölkəsi peyvənd olunmayanlar üçün məhdudiyyət tətbiq edir

Avropanın daha iki ölkəsi peyvənd olunmayanlar üçün məhdudiyyət tətbiq edir Slovakiya və Çexiya koronavirusa qarşı peyvənd olunmayanlara məhdudiyyətlər tətbiq edəcək.
Digər ölkələr
19 Noyabr , 2021 02:43
Avropanın daha iki ölkəsi peyvənd olunmayanlar üçün məhdudiyyət tətbiq edir

Slovakiya və Çexiya koronavirusa qarşı peyvənd olunmayanlara məhdudiyyətlər tətbiq edəcək.

"Report" bu barədə “Assosiated Press”ə istinadən xəbər verir.

Slovakiyada sərt məhdudiyyətlər noyabrın 22-də başlayır və üç həftə qüvvədə olacaq.

Yeni qaydalara görə, koronavirusa qarşı tam peyvənd olunmuş və ya son 6 ay ərzində COVID-19-a yoluxan şəxslər restoranlara, ticarət mərkəzlərinə, idman obyektlərinə baş çəkə və kütləvi tədbirlərdə iştirak edə bilər. Onlar işə getmək üçün həftədə iki dəfə testdən keçməli olacaqlar. Yoluxmanın kəskin artımı qeydə alınan rayonlarda ictimai iaşə, idman klubları, gözəllik salonları və mehmanxanalar tamamilə bağlanacaq.

Çexiyada da peyvənd olunmayanların ictimai tədbirlərə, iaşə, mədəniyyət müəssisələrinə, bərbərlərə və mehmanxanalara girişi qadağan ediləcək. Qadağa bu yaxınlarda koronavirusa yoluxan şəxslərə şamil edilmir. İşə gedən və peyvənd olunmayanlar həftədə bir dəfə müayinədən keçməli olacaqlar.

Çexiyada yeni qaydalar noyabrın 22-dən fevralın sonuna kimi tətbiq edilir.

Qeyd edək ki, peyvənd olunmayanlar üçün karantin daha əvvəl Avstriyada elan edilib.

Son xəbərlər

Orphus sistemi