Avropanın bir sıra ölkələri xarici müdaxilə ilə mübarizə layihəsi yaradıb

Avropanın bir sıra ölkələri xarici müdaxilə ilə mübarizə layihəsi yaradıb Avropanın 3 ölkəsinin - Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri xarici müdaxilələrə qarşı mübarizə üçün birgə layihə yaratmaq niyyətində olduqlarını açıqlayıblar.
Digər ölkələr
12 fevral 2024 22:23
Avropanın bir sıra ölkələri xarici müdaxilə ilə mübarizə layihəsi yaradıb

Avropanın 3 ölkəsinin - Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri xarici müdaxilələrə qarşı mübarizə üçün birgə layihə yaratmaq niyyətində olduqlarını açıqlayıblar.

“Report” xəbər verir ki, onların birgə mətbuat konfransı Fransa Xarici İşlər Nazirliyinin rəsmi yutub kanalında yayımlanıb.

"Biz xarici müdaxiləni açıq şəkildə pisləmək üçün Veymar formatında xəbərdarlıq mexanizmini işə salırıq", - Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

Onun sözlərinə görə, ölkələr bu cür halları tanımaq və bu barədə ictimaiyyəti məlumatlandırmaq üçün lazımi rıçaqlardan istifadə edəcəklər. Diplomat əlavə edib ki, Avropa İttifaqı Fransa, Almaniya və Polşada rusiyayönlü virus məzmunu yaydığı iddia edilən şəbəkəni müəyyən edə bilib. O, həmçinin Moskvanı Avropa Parlamentində qarşıdan gələn seçkilərə müdaxilə niyyətində ittiham edib.

Son xəbərlər

Orphus sistemi