Avropanın bir sıra ölkələri Ukraynaya humanitar yüklərin daşınmasını sadələşdirib

Avropanın bir sıra ölkələri Ukraynaya humanitar yüklərin daşınmasını sadələşdirib Avropanın bir sıra dövlətləri Ukraynaya humanitar yüklər daşıyan avtomobillərin keçidini sadələşdirib.
Digər ölkələr
4 Mart , 2022 12:48
Avropanın bir sıra ölkələri Ukraynaya humanitar yüklərin daşınmasını sadələşdirib

Avropanın bir sıra dövlətləri Ukraynaya humanitar yüklər daşıyan avtomobillərin keçidini sadələşdirib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Polşa, Litva, Latviya, Slovakiya, Almaniya və Macarıstandan gələn humanitar yükdaşıyanlar üçün Ukraynaya icazəsiz gediş-gəliş tətbiq edilir .

“Bu, humanitar yüklərin çatdırılmasını daha səmərəli edir. Polşa bütün yollardan istifadə üçün ödönişləri ləğv edib. Avropalı tərəfdaşlarımıza göstərdikləri dəstəyə görə təşəkkür edirik. Ukrayna üçün son dərəcə çətin bir dövrdə humanitar yüklərin daşınması prosesini sürətləndirmək və sadələşdirmək məqsədilə Ukraynanın İnfrastruktur Nazirliyi xarici tərəfdaşlarla işləməkdə davam edir”, - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi