Yuxarı

Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası Brüsseldə öz işinə başlayır

Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək

Bakı. 19 May. REPORT.AZ/ Bu gün Brüsseldə Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası keçiriləcək.

"Report"un məlumatına görə, "Avropa demokratik təhlükəsizlik naminə birgə cavabdehlik" mövzusuna həsr olunan tədbir Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın nitqi ilə öz işinə başlayacaq.

Terrorizmlə mübarizə məsələlərinin də aktiv olaraq müzakirə ediləcəyi tədbirdə ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsində sədrlik növbəti altı ay üçün Belçikadan Bosniya və Herseqovinaya keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi