Avropa Siyasi Birliyinin sammitində təhlükəsizlik və energetika məsələləri müzakirə olunacaq

Avropa Siyasi Birliyinin sammitində təhlükəsizlik və energetika məsələləri müzakirə olunacaq İyunun 1-2-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin iştirakçıları enerji sektorunda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Digər ölkələr
31 May , 2023 22:18
Avropa Siyasi Birliyinin sammitində təhlükəsizlik və energetika məsələləri müzakirə olunacaq

İyunun 1-2-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin iştirakçıları enerji sektorunda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “TVR Moldova”nın efirində bildirib.

“Ukrayna üçün nə etmək olar, Moldova üçün nə etmək olar. Biz ölkələrimiz arasında münasibətləri necə gücləndirmək barədə danışacağıq ki, bütün problemlər sülh yolu ilə çözülsün. Biz kibertəhlükəsizliyi müzakirə edəcəyik, çünki bu, bir çox ölkə üçün prlblemdir”, - Sandu deyib.

O vurğulayıb ki, Moldova enerji resurslarının maya dəyərini azaltmaq üçün enerji sektoruna investisiyaların cəlb edilməsində maraqlıdır və hakimiyyət büdcə vəsaitlərini əhali üçün kommunal tariflərin kompensasiyasına deyil, digər ehtiyaclara xərcləyə biləcək.

“Enerji təhlükəsizliyi də çox vacibdir. Biz bunu yaşadıq və bərpa olunan enerjiyə keçidi, eləcə də şaxələndirməni necə sürətləndirməyi müzakirə edəcəyik”, - Moldovanın lideri əlavə edib.

Son xəbərlər

Orphus sistemi