Avropa Parlamentinin sədri karantinə alındı

Avropa Parlamentinin sədri karantinə alındı Avropa Parlamentinin sədri David Sassoli koronavirusa görə karantinə alınıb.
Digər ölkələr
10 Mart , 2020 14:10
Avropa Parlamentinin sədri karantinə alındı
Avropa Parlamentinin sədri David Sassoli / daily-sun

Avropa Parlamentinin sədri David Sassoli koronavirusa görə karantinə alınıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, Brüsseldə evində həkim nəzarəti altında saxlanılır.

D.Sassolinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 571 çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 030 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi