Avropa Parlamenti Kataloniya separatçılarının deputat toxunulmazlığını ləğv edib

Avropa Parlamenti Kataloniya separatçılarının deputat toxunulmazlığını ləğv edib Avropa Parlamenti İspaniyanın Kataloniya Muxtar Bölgəsinin keçmiş başçısı Karles Puçdemonun deputat toxunulmazlığını ləğv edib.
Digər ölkələr
9 Mart , 2021 12:58
Avropa Parlamenti Kataloniya separatçılarının deputat toxunulmazlığını ləğv edib
Karles Puçdemon

Avropa Parlamenti İspaniyanın Kataloniya Muxtar Bölgəsinin keçmiş başçısı Karles Puçdemonun deputat toxunulmazlığını ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, martın 8-də məsələ ilə bağlı keçirilən gizli səsvermənin nəticəsi bu gün səhər açıqlanıb.

Bildirilib ki, onunla yanaşı daha iki deputat - Tonu Komina və Klaru Ponsati də deputat toxunulmazlığından məhrum ediliblər. Bu, onların İspaniyaya təhvil verilməsi prosesinə yol açacaq.

Qeyd edək ki, separatçı deputatlar hazırda Belçikaya sığınıblar. Onları İspaniyada həbs gözləyir.

Xatırladaq ki, 2017-ci il oktyabrın 2-də İspaniyanın Kataloniya Muxtar Bölgəsində “müstəqillik”lə bağlı referendum keçirilmişdi. Muxtariyyətin o vaxtkı rəhbəri Karles Puçdemon bu “siyasi kampaniyada” iştirak edənlərdən 90 faizinin müstəqilliyin lehinə səs verdiyini bildirmişdi. İspaniyanın mərkəzi hökuməti Kataloniyanın krallıqdan ayrılması ilə bağlı keçirilən referendumun nəticələrini tanımadığını bəyan etmişdi.

Dünyanın aparıcı ölkələri də rəsmi Madridi dəstəkləyən bəyanatla çıxış etmişdi. Onda İspaniyanın baş prokuroru Joze Manuel Maza bildirmişdi ki, Kataloniya liderlərinin krallıqdan ayrılması istiqamətində fəaliyyətilərinə görə Cinayət Məcəlləsinin qiyama təhrik etmə maddəsi ilə cinayət işi açılıb. Baş prokurorun sözlərinə görə, onlar ictimaiyyətin inamından sui-istifadə də ittiham olunurlar.

İspaniya hökumətinin vəzifədən uzaqlaşdırdığı Kataloniya Muxtar Bölgəsinin keçmiş başçısı Karles Puçdemon və onunla birlikdə Kataloniyada "referendum" keçirilməsində və müstəqilliyinin elan olunmasında fəal iştirak edən muxtariyyət rəsmiləri də İspaniyadan qaçaraq Belçikanın paytaxtı Brüsselə sığınıblar.

Son xəbərlər

Orphus sistemi