Yuxarı

​Avropa Parlamenti Rusiya ilə əməkdaşlığı dayandırıb

Həmçinin iki rusiyalı diplomatın parlament binasına girişi məhdudlaşdırılıb

Bakı. 03 İyun. REPORT.AZ/ Avropa Parlamentinin mətbuat xidməti bəyan edir ki, Rusiyanın Avropa İttifaqındakı (Aİ) səfiri Vladimir Çijov Rusiya-Aİ əməkdaşlığı çərçivəsində işin dayandırıldığı barədə məlumatlandırılıb.

"Report" xəbər verir ki, həmçinin Çijov və daha bir rusiyalı diplomatın parlament binasına girişinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Rusiya Dövlət Dumasının deputatlarına gəldikdə isə, onların Avropa Parlamentinə buraxılması barədə qərar fərdi qaydada qəbul olunacaq.

Belə bir qərar Rusiya tərəfindən Avropa siyasətçiləri üçün müəyyən edilən "qara siyahı"dan sonra qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi