Avropa Parlamenti qış saatına keçidi ləğv edib

Avropa Parlamenti qış saatına keçidi ləğv edib Bakı. 9 fevral. REPORT.AZ/ Avropa Parlamenti Avropa Komissiyasını və Avropa İttifaqını (Aİ) yay və qış saatlartına keçid təcrübəsindən imtinaya çağıran qətnamə qəbul edib.
Digər ölkələr
9 Fevral , 2018 14:32
Avropa Parlamenti qış saatına keçidi ləğv edib

Bakı. 9 fevral. REPORT.AZ/ Avropa Parlamenti Avropa Komissiyasını və Avropa İttifaqını (Aİ) yay və qış saatlartına keçid təcrübəsindən imtinaya çağıran qətnamə qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, avropalı parlamentarilər assambleyanın Strasburqdakı plenar iclasında Aİ üzv olan dövlətlərin yay vaxtına keçməsi ilə bağlı müzakirələr aparıblar.

"Avropa Komissiyasını saatların keçidi təcrübəsindən imtina etməyə çağıran qətnamə qəbul olunub. Çünki çoxsaylı elmi tədqiqatlar bunun hansısa müsbət təsirini göstərə bilməyib, əksinə, insan sağlamlığı, kənd təsərrüfatı və yol hərəkəti təhlükəsizliyi üçün mənfi təsirinin olduğunu ortaya çıxarıb", - assambleyanın mətbuat xidmətindən bildirilib.

Deputatlar Aİ-ni yay vaxtı tədbirlərini ciddi qiymətləndirməyə çağırıblar və Aİ-də vahid yanaşmanın saxlanmasını dəstəkləyiblər.

Son xəbərlər

Orphus sistemi