Avropa Komissiyası Böyük Britaniyadan “Brexit”lə bağlı təklif gözləyir

Avropa Komissiyası Böyük Britaniyadan “Brexit”lə bağlı təklif gözləyir Avropa Komissiyası (AK) “Brexit”dən sonrakı dövr üçün İrlandiya - Böyük Britaniya sərhədinə dair rəsmi Londondan konkret təkliflər gözləyir və belə təklifləri araşdırmağa hazırdır.
Digər ölkələr
16 Sentyabr , 2019 18:46
Avropa Komissiyası Böyük Britaniyadan “Brexit”lə bağlı təklif gözləyir

Avropa Komissiyası (AK) “Brexit”dən sonrakı dövr üçün İrlandiya - Böyük Britaniya sərhədinə dair rəsmi Londondan konkret təkliflər gözləyir və belə təklifləri araşdırmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə AK-nın bəyanatında bildirilir.

Qeyd olunub ki, AK-nın prezidenti Jan-Klod Yunkerlə Böyük Britaniyanın baş naziri Boris Conson “Brexit”ə dair texniki danışıqların mövcud vəziyyətini və sonrakı addımlarını müzakirə ediblər.

“J.K.Yunker Böyük Britaniyanın ayrılma sazişi ilə uzlaşa biləcək, hüquqi cəhətdən mötəbər (İrlandiya sərhədilə bağlı – red.) bir qərar ortaya qoymaq üçün məsuliyyət daşıdığını xatırladıb. Prezident Yunker əvvəlki kimi təkliflərin “backstop” məqsədlərinə uyğunluğu məsələsini araşdırmağa hazır olduqlarını vurğulayıb. Belə təkliflər hələlik gəlməyib”, - deyə bəyanatda göstərilir.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqı üzvlüyünü oktyabrın 31-də tərk etməlidir.

Orphus sistemi