Aİ Kosovo və Serbiyanın bir-birinin dövlət nömrə nişanlarını rəsmən tanımasını alqışlayıb

Aİ Kosovo və Serbiyanın bir-birinin dövlət nömrə nişanlarını rəsmən tanımasını alqışlayıb Avropa İttifaqı Kosovo və Serbiyanın bir-birinin dövlət nömrə nişanlarını rəsmən tanımasını alqışlayıb.
Digər ölkələr
7 Yanvar , 2024 14:43
Aİ Kosovo və Serbiyanın bir-birinin dövlət nömrə nişanlarını rəsmən tanımasını alqışlayıb

Avropa İttifaqı Kosovo və Serbiyanın bir-birinin dövlət nömrə nişanlarını rəsmən tanımasını alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının tanınmasına dair bəyanatında yer alıb.

Bildirilib ki, bu qərar normallaşma yolu haqqında sazişin, eləcə də hərəkət azadlığı ilə bağlı keçmiş dialoq öhdəliklərin həyata keçirilməsində müsbət addımdır.

“Bu, Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişin əldə edilməsinin mümkün olduğunu nümayiş etdirir və Aİ-nin asanlaşdırdığı dialoq çərçivəsində işin davam etdirilməsinin vacibliyini vurğulayır. Bu proses həm də Qərbi Balkanların daha yaxşı regional və Avropa inteqrasiyasına yönələn düzgün istiqamətdə atılmış bir addımdır və nəticə etibarilə region vətəndaşlarının xeyrinədir”,- deyə qeyd olunub.

Xatırladaq ki, dekabrın 26-da Avropa İttifaqı Kosovo və Serbiya arasında münasibətlərin normallaşma prosesində irəliləyişin mümkün olduğunu qeyd etmişdi.

Son xəbərlər

Orphus sistemi