Aİ: "Kosovo və Serbiya arasında münasibətlərin normallaşma prosesində irəliləyiş mümkündür"

Xarici siyasət
  • 26 dekabr, 2023
  • 13:22
Aİ: Kosovo və Serbiya arasında münasibətlərin normallaşma prosesində irəliləyiş mümkündür

Avropa İttifaqı Kosovo və Serbiya arasında münasibətlərin normallaşma prosesində irəliləyin mümkün olduğunu qeyd edib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano “X”də yazıb.

“Aİ Serbiyanın Kosovo tərəfindən verilmiş RKS avtomobillərin dövlət nömrə nişanlarının rəsmi olaraq tanınması qərarını müsbət qiymətləndirir. Bu, Normallaşma Yolu üzrə Sazişin, eləcə də Hərəkət Azadlığı ilə bağlı keçmiş Dialoq öhdəliklərinin həyata keçirilməsi istiqamətində müsbət addımdır. Bu proses Kosovo və Serbiya arasında münasibətlərin normallaşması prosesində irəliləyişin mümkün olduğunu göstərir”, - o qeyd edib.

P.Stano onu da vurğulayıb ki, mövcud hadisə həm də Qərbi Balkanların daha yaxşı regional və Aİ inteqrasiyası istiqamətində atılmış düzgün addımdır və region vətəndaşlarının xeyrinədir.

Son xəbərlər

Bütün Xəbər Lenti