Avropa İttifaqının Ali Məhkəməsi: "Brexit" təxirə salına bilər

Avropa İttifaqının Ali Məhkəməsi: "Brexit" təxirə salına bilər Bakı. 4 dekabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmaq qərarını birtərəfli surətdə ləğv edə bilər.
Digər ölkələr
4 Dekabr , 2018 13:57
Avropa İttifaqının Ali Məhkəməsi: Brexit təxirə salına bilər

Bakı. 4 dekabr. REPORT.AZ/ "Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmaq qərarını birtərəfli surətdə ləğv edə bilər".

“Report” “Euronews”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Ali Məhkəməsinin müşaviri Manuel Kampos Sançes-Bordona məhkəmə tərəfindən Böyük Britaniyanın Lissabon müqaviləsinin müvafiq maddəsindən imtina edə biləcəyini açıqlanmasını təklif edib.

Qeyd edək ki, Şotlandiyanın bir neçə siyasi xadiminin vəkilləri Böyük Britaniyanın Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Avropa İttifaqının qalan 27 üzv dövlətinin razılığı olmadan üzvlükdən çıxmaq qərarını ləğv etmək hüququnun olub-olmaması barədə Avropa Məhkəməsi qarşısında vəsatət qaldırmışdılar.

Məhkəmə müşavirinin rəyi hüquqi hökm qüvvəsində olmasa da, məhkəmənin yekun qətnaməsini verərkən mütləq nəzərə alınır.

Son xəbərlər

Orphus sistemi