Federika Mogerini: “Avropa İttifaqına üzv dövlətlərin sayı 27-dən çox olacaq”

Federika Mogerini: “Avropa İttifaqına üzv dövlətlərin sayı 27-dən çox olacaq” "Qurumu tərk edən dövlətin yerini Serbiya tuta bilər”
Digər ölkələr
3 Mart , 2017 17:43
Federika Mogerini: “Avropa İttifaqına üzv dövlətlərin sayı 27-dən çox olacaq”

Bakı. 3 mart. REPORT.AZ/ "Avropa İttifaqını tərk edən dövlətin yerini Serbiya tuta bilər".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Serbiya parlamentinin üzvləri qarşısındakı çıxışında bildirib.

“Avropa İttifaqının gələcəyini nəzərdən keçirərək Serbiya və bütün bölgəyə bəyan edirəm ki, üzv dövlətlərin sayı 27-dən çox olacaq. Avropa İttifaqından çıxan ölkənin yerinə yeniləri gələcək və Serbiya onlardan biri olacaq. Fikrimcə, Serbiya və Qərbi Balkanın başqa dövlətləri bizim ailədən ayrıdır, Avropa İttifaqı bütövləşməyib. Balkanlar Avropanın ürəyidir” - F.Mogerini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi