Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Avropa İttifaqının Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini planlaşdırmadığını bəyan edib. Lakin Brüssel Avropa İttifaqı ərazisinə girişi qadağan olunan şəxslərin siyahısını genişləndirmək niyyətindədir. "Report" Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Minsk sazişlərinin əksər hissəsinə riayət olunmaması bizi qane etmir", - deyə A.Merkel vurğulayıb. Onun sözlərinə görə, Ukraynada atəşkəs rejimi pozulub.
Bununla yanaşı, agentlik qeyd edir ki, Aİ ölkələrinə girişi qadağan edilənlərin siyahısına Ukraynadakı separatçıların liderləri və Ukraynanın şərqində keçirilmiş seçkilərə dəstək verənlərin adları da əlavə oluna bilər.