Yuxarı
    Bağlamaq

    Aİ ölkələrinin sammiti Britaniya ilə "Brexit" üzrə danışıqların aparılması göstərişlərini qəbul edib

    Göstərişlər yekdilliklə qəbul edilib

    Bakı. 29 aprel. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) 27 ölkəsinin sammiti "Brexit"lə əlaqədar Böyük Britaniya ilə danışıqların aparılması barədə göstərişləri qəbul edib.

    “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Tusk bildirib.

    "Göstərişlər yekdilliklə qəbul edilib. "Brexit" üzrə danışıqların aparılması üçün 27 ölkənin möhkəm və ədalətli siyasi mandatı hazırdır", - deyə o, qeyd edib.

    Qəbul olunan qərara görə, Breksitdən sonra Aİ üzvü ölkələrinə Böyük Britaniya ilə ikitərəfli əlaqələrlə bağlı danışıqlar aparmağa qadağa qoyulub.

    Eyni zamanda, qərarda qeyd olunur ki, Böyük Britaniya Aİ-yə üzvlüyündən çıxandan sonra vahid Avropa bazarın iştirakçısı kimi qala bilər, amma bunun üçün müəyyən öhdəlikləri yerinə yetirməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi