Yuxarı
    Bağlamaq

    Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb

    Sanksiyalar 2018-ci il iyunun 23-dək qüvvədə qalacaq

    Bakı. 19 iyun. REPORT.AZ/ Avropa İttifaqı Rusiya tərəfindən anneksiyaya məruz qalmış Krıma və Sevastopola qarşı sanksiyaların müddətini daha bir il uzatmaq qərarına gəlib.

    "Report" xəbər verir ki, bu barədə qərar bu gün Lüksemburqda Aİ-nin xarici işlər nazirləri səviyyəsindəki iclasında qəbul edilib.

    Bununla da Krım və Sevastopola qarşı tətbiq olunan sanksiyalar 2018-ci il iyunun 23-dək qüvvədə qalacaq.

    Xatırladaq ki, sanksiyalar Aİ tərəfindən 14 iyun 2014-cü il tarixində tətbiq edilib və buraya Krım və Sevastopolda istehsal olunmuş məhsulların idxalı, Krım və Sevastopola investisiya yatırılmasına, Krım və Sevastopoldakı şirkətlərə müəyyən mallar və texnologiyalar ixracına, turizm xidmətlərinə, o cümlədən fövqəladə vəziyyətlər istisna olmaqla kruiz gəmilərinin Krım limanına daxil olmasına qadağa daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi