Yuxarı
    Bağlamaq

    Atatürk Hava Limanındakı terrorda şübhəli bilinən 17 nəfərin istintaqı yekunlaşıb

    Şübhəlilər Bakırköy rayon ədliyyəsinə aparılıb

    Bakı. 4 iyul. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanındakı terror aktı ilə əlaqədar şübhəli bilinən 11-i əcnəbi olmaqla 17 nəfərin istintaq işi yekunlaşıb.

    “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, iyulun 1-2-də İstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şübhəlilər Bakırköy rayon ədliyyəsinə aparılıb.

    Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər dünyasını dəyişib, 250-yə yaxın insan xəsarət alıb və ya zərər çəkib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi