Bakı. 24 yanvar. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada Suriya hökuməti və müxalifəti, həmçinin Rusiya, Türkiyə, İran nümayəndələri, BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura və görüşə müşahidəçi qismində qatılan ABŞ-ın bu ölkədəki səfiri Corc Krolun iştirakı ilə Suriya üzrə danışıqlar bərpa olunub.
"Report" xəbər verir ki, bu barədə De Misturaya istinadən TASS məlumat yayıb.
"Görüşlər bərpa olunub, işlər davam etdirilir. Biz həmişə olduğu kimi nikbin əhval-ruhiyyədəyik", - deyə de Mistura bildirib.