Astana danışıqlarının iştirakçıları Suriyada təhlükəsiz zonaların yaradılması haqqında sənəd imzalayıblar

Astana danışıqlarının iştirakçıları Suriyada təhlükəsiz zonaların yaradılması haqqında sənəd imzalayıblar Memorandum atəşkəsə zamin ölkələr - Rusiya, Türkiyə və İran ilə Suriya müxalifəti arasında imzalanıb
Digər ölkələr
4 May , 2017 16:38
Astana danışıqlarının iştirakçıları Suriyada təhlükəsiz zonaların yaradılması haqqında sənəd imzalayıblar
РИА Новости

Bakı. 4 may. REPORT.AZ/ Astanada Suriya münaqişəsinin həlli üzrə danışıqların iştirakçıları Suriyada dörd təhlükəsiz zonanın yaradılması haqqında memorandum imzalayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, memorandum atəşkəsə zamin ölkələr - Rusiya, Türkiyə və İran ilə Suriya müxalifəti arasında imzalanıb.

Suriyada dörd təhlükəsiz zonanın yaradılması barədə Memorandum birbaşa hərbi qarşıdurmanın qarşısını almaq məqsədilə təhlükəsiz ərazilərin yaradılmasını ehtiva edir.

Bundan əlavə, atəşkəsə zamin ölkələr Memorandumun imzalanmasından sonrakı 5 gün ərzində təhlükəsiz zonaların yaradılması üzrə işçi qrupu formalaşdırmalıdır.

Suriya nizamlanması üzrə növbəti yüksək səviyyəli Astana görüşünün iyulun ortalarında keçiriləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi