Bakı. 24 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt üzvü olduğu Avropa Xalq Partiyasının (AXP) iclasını tərk edib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, P.Aqramunt bu addımı partiyadaşlarının onun AŞPA prezidenti vəzifəsindən getməsini tələb etməsindən sonra atıb.
Partiya üzvləri P.Aqramuntun Suriyaya səfəri ilə əlaqədar onun istefasını tələb ediblər.
İclas zamanı P.Aqramunt səfərin şəxsi xarakter daşıdığını, onun AŞPA-dakı fəaliyyəti ilə bağlı olmadığını deyib. O, eyni zamanda digər siyasi qruplara da niyyətini bildirməli olduğunu etiraf edib.