Arnold Şvartsenegger ABŞ Senatına seçkilərdə iştirak etmək barədə düşünür

Arnold Şvartsenegger ABŞ Senatına seçkilərdə iştirak etmək barədə düşünür Daniel Ketçell: "Şvartsenegger Vaşinqtonun seçdiyi islahat istiqamətini dəyişməyə məcbur etməyə çalışır"
Digər ölkələr
10 Mart , 2017 09:58
Arnold Şvartsenegger ABŞ Senatına seçkilərdə iştirak etmək barədə düşünür

Bakı. 10 mart. REPORT.AZ/ Aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ Senatına seçkilərdə namizəd ola bilər.

"Report" "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyorun rəsmi nümayəndəsi Daniel Ketçell bildirib.

"Bütün mümkün variantları nəzərdən keçiririk", - deyə D.Ketçell vurğulayıb.

Onun sözlərinə görə, indi Şvartsenegger Vaşinqtonun seçdiyi islahat istiqamətini dəyişməyə məcbur etməyə çalışır və bunun üçün müxtəlif metodlardan istifadə etməyə hazırdır.

Qeyd edək ki, daha əvvəl Şvartsenegger prezident Donald Trampın miqrasiya ilə bağlı fərmanını tənqid edib və hətta ona iş yerlərini dəyişmələrini təklif edib. O, bunu D.Trampın aktyorun aparıcısı olduğu, daha öncə isə hazırkı prezidentin apardığı "Şagird" realiti-şousunun reytinqinin düşməsini bildirməsinə cavab olaraq söyləyib. Aktyor teleşoudan ayrılandan sonra D.Tramp onun könüllü işdən ayrılmadığını, işdən qovulduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi