Argentinanın yeni prezidenti iqtisadiyyat sahəsində fövqəladə vəziyyət elan edib
Digər ölkələr
- 21 dekabr, 2023
- 04:45
Argentina Prezidenti Xavyer Miley 2025-ci ilin dekabrın 31-dək iqtisadiyyat, səhiyyə və sosial sahələrdə fövqəladə vəziyyət elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hökumət qəzetində dərc olunub.
“2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, vergi, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin”, – sənəddə deyilib.
Ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliklər edir.
Fərman dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda hökumət onu Konqresə təqdim etməli olacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.
Son xəbərlər
10:39
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 2 % artırıb
Biznes10:38
Bağdadda aviazərbə nəticəsində bir nəfər ölüb
Digər ölkələr10:37
Azərbaycan WUF13-də yaşayış yerləri ilə bağlı təşəbbüslərini təqdim edəcək
İnfrastruktur10:35
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Hadisə10:33
Azərbaycan Basketbol Liqası: XIX turun daha iki oyunu keçiriləcək
Komanda10:32
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Xarici siyasət10:22
Foto
Video
Sabunçuda yanacaqdoldurma məntəqəsində təhlükə yaradan pozuntu aşkarlanıb
Hadisə10:18
Foto
Video
BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib
Xarici siyasət10:18