Argentina və Çili Rusiya Federasiyasına litium xammalı təchizatını dayandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Metallurgiya və materiallar departamentinin direktor müavini Vladislav Demidov bildirib.
“Rusiyada litium xammalının hasilatı yoxdur, xammal litium karbonat şəklində əsasən Çili, Argentina, Çin və Boliviyadan gətirilir. Konkret indiki şəraitdə Çili və Argentinadan daşımalar dayandırılıb, hazırda yalnız Boliviyadan xammalı qəbul etmək imkanımız var”, - o, Rusiya Federasiya Şurasında keçirilən dəyirmi masada deyib.
V.Demidov vurğulayıb ki, Çinin xammal təchiz etmək imkanı var, lakin onların özləri bu xammalın kəskin çatışmazlığını yaşayır.
Qeyd edək ki, litium akkumlyatorların və enerji saxlama sistemlərinin istehsalı üçün xammaldır.