Argentina prezidenti Braziliya dövlət başçısının inauqurasiyasına qatılmayacaq

Argentina prezidenti Braziliya dövlət başçısının inauqurasiyasına qatılmayacaq Bakı. 15 dekabr. REPORT.AZ/ Argentina prezidenti Maurisio Makri Braziliyanın dövlət başçısı Jair Bolsanarunun andiçmə mərasiminə qatılmayacaq.
Digər ölkələr
15 Dekabr , 2018 06:27
Argentina prezidenti Braziliya dövlət başçısının inauqurasiyasına qatılmayacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Argentina prezidenti Maurisio Makri Braziliyanın dövlət başçısı Jair Bolsanarunun andiçmə mərasiminə qatılmayacaq.

"Report" xəbər verir ki, bu barədə Argentina prezidenti "Twitter"də bildirib.

Maurisio Makri qeyd edib ki, onun Jair Bolsanaru ilə ilk görüşü yanvarın 1-də keçiriləcək inauqurasiya mərasimində deyil, yanvarın 16-da baş tutacaq.

"Jair Bolsanaurla yenicə telefonla danışdıq. Biz razılaşdırdıq ki, tarixin yeni mərhələsində birlikdə işləməyə başlamaq üçün yanvarın 16-da Braziliyada görüşək", - deyə o yazıb.

Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Nəticələrə əsasən sağ namizəd Jair Bolsonaru qalib olub. 

Son xəbərlər

Orphus sistemi