Aralıq dənizində miqrant daşıyan qayıq aşıb, xeyli sayda ölən var

Aralıq dənizində miqrant daşıyan qayıq aşıb, xeyli sayda ölən var Aralıq dənizinin Tunis sahilləri yaxınlığında afrikalı miqrantları daşıyan qayığın aşması nəticəsində azı 20 nəfər ölüb.
Digər ölkələr
24 Dekabr , 2020 15:52
Aralıq dənizində miqrant daşıyan qayıq aşıb, xeyli sayda ölən var

Aralıq dənizinin Tunis sahilləri yaxınlığında afrikalı miqrantları daşıyan qayığın aşması nəticəsində azı 20 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Tunisin Sfax şəhərindən dənizlə İtaliyanın Lampedusa adasına doğru istiqamət götürən qayıqda bütövlükdə 45 nəfər vardı.

Hadisə sahildən 6 mil məsafədə baş verib. Tunis təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əli Əyari hadisə yerinə gələn sahil mühafizəsi tərəfindən 20 nəfərin xilas olunduğunu və daha 5 nəfərin axtarışlarının davam etdiyini deyib.

Sfax şəhəri son vaxtlar Afrika və Yaxın Şərq ölkələrindən Avropaya pənah aparanlar üçün mühüm ara məntəqələrdən birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi