Aralıq dənizində iki gəmi qəzaya uğrayıb, 239 mühacir ölüb

Aralıq dənizində iki gəmi qəzaya uğrayıb, 239 mühacir ölüb Xilas edilən 29 nəfər İtaliyanın Lampeduza adasına aparılıb
Digər ölkələr
3 Noyabr , 2016 16:21
Aralıq dənizində iki gəmi qəzaya uğrayıb, 239 mühacir ölüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Liviya sahillərində qaçqınları daşyan iki gəminin qəzaya uğraması nəticəsində 239 nəfər ölüb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, xilas edilən 29 nəfər İtaliyanın Lampeduza adasına aparılıb.

Məlumata görə, oktyabrın 1-dən 25-dək dəniz yolu ilə Avropa sahillərinə 328 min 225 nəfər daşınıb. Onların çoxu Afrika ölkələrinin vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi