​Aralıq dənizində 300-dən çox miqrant xilas edilib

​Aralıq dənizində 300-dən çox miqrant xilas edilib Onların arasında onlarla qadın və uşaq
Digər ölkələr
11 Avqust , 2016 04:51
​Aralıq dənizində 300-dən çox miqrant xilas edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri Beynəlxalq Federasiyasının dəstəyi ilə Aralıq dənizində əməliyyat aparan "The Responder" axtarış gəmisi ötən gün 300-dən çox miqrantı xilas edib.

"Report" xəbər verir ki, bu barədə humanitar təşkilatın Cenevrədəki baş qərargahı məlumat yayıb.

"Çərşənbə axşamı səhər saat 7-də Maltadan yola çıxan "The Responder" avqustun 10-u səhər saatlarında Aralıq dənizinin mərkəzi hissəsində qəzaya uğramaqda olan 4 qayıqdan 327 nəfəri xilas edib. Onların arasında onlarla qadın və uşaq, həmçinin böyüklərin müşayiəti olmadan yola çıxan 11 uşaq var", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi