Antonio Quterreş: "Pandemiya qiyamətin beşinci atlısıdır"

Antonio Quterreş: "Pandemiya qiyamətin beşinci atlısıdır" Hazırkı kopronavirus pandemiyası bəşəriyyət üçün dönüş nöqtələrindən biri olub 1945-ci ildə ikinci dünya müharibəsinin başa çatması və Birləşmiş Millətlər Təşkilatının yaranması ilə müqayisə oluna bilər.
Digər ölkələr
22 Sentyabr , 2020 21:34
Antonio Quterreş: Pandemiya qiyamətin beşinci atlısıdır
Antonio Quterreş

Hazırkı koronavirus pandemiyası bəşəriyyət üçün dönüş nöqtələrindən biri olub. 1945-ci il İkinci Dünya müharibəsinin başa çatması və Birləşmiş Millətlər Təşkilatının yaranması ilə müqayisə oluna bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikirləri BMT baş katibi Antonio Quterreş Baş Asambleyanın 75-ci sessiyası çərçivəsində keçirilən siyasi müzakirələr zamanı dilə gətirib.

O, iştirakçılar qarşısındakı nitqi zamanı yanvar ayında Baş Asambleyada bəşəriyyətin gələcəyinə təhlükə yaratdığı üçün "qiyamətin dörd atlısı” adı verdiyi dörd dağıdıcı amilin son illər geosiyasi gərginliyin artması, iqlim dəyişiklikləri, dünya boyu artan etimadsızlıq, rəqəmsallaşmanın qaranlıq üzü olduğu barədə fikirlərini xatırladıb.

Baş katib koronavirus pandemiyasını “qiyamətin beşinci atlısı" kimi qiymətləndirib: “Pandemiya daha əvvəl yaşadığımız heç bir böhrana bənzəməyən böhrana sənbəb olub. Pandemiya təkcə həyəcan təbili deyil, həm də gələcək təhlükələr üçün bir növ məşqdir. Biz yolumuza davam edərkən bu virusun dünyanı diz çökdürdüyünü etiraf etməli, təvazö göstərməliyik".

Son xəbərlər

Orphus sistemi