Yuxarı

​Antivirus proqramının yaradıcısı ABŞ prezidenti olmaq istəyir

Con Makafi sentyabrın 10-da prezidentlik uğurunda mübarizəyə qoşulduğunu elan edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ "McAfee Associates" şirkəti və kompüter üçün eyniadlı antivirusun yaradıcısı Con Makafi ABŞ prezidentliyinə namizəd olmaq istədiyinin bildirib.

"Report" xəbər verir ki, bu haqda "NBCnews" məlumat yayıb.

O bildirib ki, köməkçiləri qeydiyyat üçün lazım olan sənədləri təqidm edəcəklər. C.Makafinon sözlərinə görə, 48 saat ərzində məsələ haqda şərh verməyəcəklər: "Sentyabrın 10-da Nyu-Yorka yola düşəcəyəm və "Foxnews" telekanalında prezidentlik uğurunda mübarizəmi elan edəcəyəm".

70 yaşlı prezidentliyə iddiaçı 1989-cu ildə"McAfee Associates" şirkətinin təsis edib. Onun hansı partiyadan namizəd olacağı hələlik məlum deyil.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da prezident seçkisi keçiriləcək. Demokratlar Partiyasının bu posta ən şanslı namizədi Hillari Klinton sayılır. Bu partiyanın seçkiqabağı qurultayının gələn il iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində, respublikaçıların oxşar tədbirinin isə həmin il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçirilməsi planlaşdırılıb.

ABŞ prezidentliyinə namizəd olmağa 20-dən çox iddiaçı var. Son ictimai rəy sorğularının nəticələrinə əsasən, iddiaçılar arasında Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından isə Donald Tramp irəlidədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi