Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb

Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb Əməliyyat bütün gecəni davam edib
Digər ölkələr
5 Noyabr , 2016 05:49
Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində naməlum şəxslər tərəfindən polis avtomobilinə hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Altundağ rayonunda baş verib. Dərhal avtomobildən düşən polislər havaya atəş açıblar.

Ankara Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi dərhal ərazidə xüsusi əməliyyata başlayıb. Əməliyyat zamanı əvvəlcə bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Lakin təhlükəsizlik qüvvələri hadisənin bir neçə nəfər tərəfindən törədilməsi ehtimalını da nəzərdən keçiriblər.

Bu səbəbdən ərazidə həyata keçirilən əməliyyat çərçivəsində 20 nəfər şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, əməliyyat bütün gecəni davam edib.

Son xəbərlər

Orphus sistemi