Angela Merkel miqrant böhranının həllində Türkiyənin rolunu qeyd edib

Angela Merkel miqrant böhranının həllində Türkiyənin rolunu qeyd edib Onun sözlərinə görə, miqrant axınını tənzimləmək problemin həlli baxımından çox vacibdir
Digər ölkələr
25 Oktyabr , 2015 19:08
Angela Merkel miqrant böhranının həllində Türkiyənin rolunu qeyd edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Yaxın Şərqdən Avropaya axın edən miqrantlarla bağlı problemin həllində Türkiyə müstəsna rola malikdir. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

"Avropa Komissiyası miqrant mövzusunu Ankara ilə müzakirə etməlidir. Bu, çox vacibdir. Almaniya da bu danışıqlarla aktiv şəkildə iştirak edəcək", - deyən kansler, Balkan yarımadası istiqamətindən Avropaya daxil olan və "hazırda çətin şəraitdə yaşayan minlərlə insana yardım etmək" istədiyini vurğulayıb.

Onun sözlərinə görə, miqrant axınını tənzimləmək problemin həlli baxımından çox vacibdir.

Son xəbərlər

Orphus sistemi