Yuxarı

​Angela Merkel: "Balkanlarda müharibə başlaya bilər"

Almaniya problemin həlli yollarını tapmalıdır

Bakı. 4 noyabr. REPORT.AZ/ "Əgər Avropa İttifaqı ölkələri öz daxili sərhədlərini miqrantların üzünə bağlasalar, Balkanlarda müharibə başlaya bilər".

"Report" "Die Zeit" nəşrinə istinadən xəbər verir ki, bu barədə Darmştadtda keçirilən konfrans zamanı Almaniya kansleri Angela Merkel bildirib.

"Mən istəmirəm ki, bu, müharibə vəziyyətinə gətirib çıxarsın", - deyə Merkel bildirib.

Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının böyük ölkəsi kimi problemin münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq həlli yollarını tapmalıdır.

"Mən bizim buna nail olacağımıza əminəm", - deyə alman kansler bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi