Amsterdamda futbol matçından sonrakı hücumda 10 israilli azarkeş xəsarət alıb

Amsterdamda futbol matçından sonrakı hücumda 10 israilli azarkeş xəsarət alıb Amsterdamda yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" klubları arasında keçirilən futbol matçından sonra ən azı on israilli azarkeş hücuma məruz qalıb.
Digər ölkələr
8 Noyabr , 2024 09:32
Amsterdamda futbol matçından sonrakı hücumda 10 israilli azarkeş xəsarət alıb

Amsterdamda yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" klubları arasında keçirilən futbol matçından sonra ən azı on israilli azarkeş hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

“Ynet” portalı bildirir ki, hücum edənlərin bəziləri Fələstin bayraqlarını daşıyıb və şüarlar səsləndiriblər. Məlumata görə, təxminən 30 nəfər saxlanılıb.

İsrailin Baş naziri Benyamin Netanyahu israillilərin təxliyəsi üçün Amsterdama iki təyyarə göndərib. O, Niderland hakimiyyətindən İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qiyamçılara qarşı qətiyyətli tədbirlər görülməsini tələb edib.

Son xəbərlər

Orphus sistemi