Amerikanın qərb ştatlarında fövqəladə vəziyyət davam edir

Amerikanın qərb ştatlarında fövqəladə vəziyyət davam edir Daşqınlar artıq 5 nəfərin ölümünə səbəb olub. Bölgədən insanlar evkuasiya edilir.
Digər ölkələr
4 Oktyabr , 2015 22:34
Amerikanın qərb ştatlarında fövqəladə vəziyyət davam edir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Amerikanın qərb ştatlarında yağış körpülər və evləri su altında qoyub.

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, süclü külək Karolina və Virciniya ştatlarında elektrik xəttlərini sıradan çıxarıb.

Cənubi Karolina ştatının Kolumbiya və Çarlston şəhərləri isə daşqınlara məruz qalıb. Belə ki, suyun səviyyəsi evlərin damına qədər qalxıb.

Daşqınlar artıq 5 nəfərin ölümünə səbəb olub. Bölgədən insanlar evkuasiya edilir.

ABŞ prezidenti Barak Obma Cənubi Karolinada fövqəadə vəziyyət elan edib. Ştat üçün federal yardım ayrılıb.

Ştatın fövləqadə hallar üzrə rəsmiləri hava şəraitinin yol qəzalarına səbəb olduğunu və 3 nəfərin həlak olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi