Amerikalı senator Şimali Koreyanı müharibənin başlayacağı barədə xəbərdar edib

Amerikalı senator Şimali Koreyanı müharibənin başlayacağı barədə xəbərdar edib "Kim Çen Ina Birləşmiş Ştatların materik hissəsinə raket zərbəsi endirmək imkanı vermək olmaz"
Digər ölkələr
29 Noyabr , 2017 06:40
Amerikalı senator Şimali Koreyanı müharibənin başlayacağı barədə xəbərdar edib

Bakı. 29 noyabr. REPORT.AZ/ "Əgər "heç nə dəyişməsə, ABŞ Şimali Koreyaya müharibə elan edəcək".

“Report” xəbər verir ki, bu barədə amerikalı senator Lindsi Qrem CNN-in efirində deyib.

Qremin sözlərinə görə, əgər Şimali Koreya raket sınaqlarına son qoymasa, ABŞ bunu dayandırmaq üçün müharibəyə başlamaq məcburiyyətində qalacaq.

Qrem hesab edir ki, müharibə vəziyyətdən heç də ən yaxşı çıxış yolu deyil, lakin bununla belə Kim Çen Ina Birləşmiş Ştatların materik hissəsinə raket zərbəsi endirmək imkanı vermək olmaz.

Son xəbərlər

Orphus sistemi