Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var

Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var.
Digər ölkələr
2 yanvar 2024 01:37
Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var

Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var.

“Report” xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Qeyd olunub ki, San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxaraq alovlanıb, ən azı 9 nəfər yaralanıb.

Digər sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.

Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıblar. Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil.

Orinda stansiyası günün sonuna qədər bağlı qalacaq.

Son xəbərlər

Orphus sistemi