"American Airlines" Kubada ilk ofisini açıb

"American Airlines" Kubada ilk ofisini açıb Aviaşirkət 2016-cı ilin sentyabr ayından Mayami - Syenfueqos və Mayami - Olqin reyslərini yerinə yetirir
Digər ölkələr
2 Fevral , 2017 09:53
American Airlines Kubada ilk ofisini açıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-ın "American Airlines" aviaşirkəti Kubada ilk nümayəndəliyini açıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-la Kuba arasında birbaşa uçuşlar 55 il əvvəl dayandırılmışdı və ötən il avqustun 31-də bərpa edilib.

Xatırladaq ki, "American Airlines" Kuba ilə müntəzəm uçuşları bərpa edən ABŞ-ın üçüncü hava yolları şirkətidir. Aviaşirkət 2016-cı ilin sentyabr ayında Mayami - Syenfueqos və Mayami - Olqin reyslərini açıb.

Son xəbərlər

Orphus sistemi