Alp dağlarında itkin düşən xizəkçilərdən beşi ölü tapılıb

Alp dağlarında itkin düşən xizəkçilərdən beşi ölü tapılıb Alp dağlarının İsveçrədə yerləşən hissəsində itkin düşən altı xizəkçidən beşi ölüb.
Digər ölkələr
11 Mart , 2024 09:09
Alp dağlarında itkin düşən xizəkçilərdən beşi ölü tapılıb

Alp dağlarının İsveçrə hissəsində itkin düşən altı xizəkçidən beşi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Vale kantonunun polisi məlumat yayıb.

“Martın 9-dan bəri Çermatt-Arolla gəzinti marşrutunda fəal şəkildə axtarılan altı nəfərdən beşi axşam (martın 10-u) ölü tapılıb”, - polisin açıqlamasında qeyd edilib.

Altıncı xizəkçinin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi