Almaniyada yeni kansler seçilib

Almaniyada yeni kansler seçilib Olaf Şolts Almaniyanın yeni kansleri seçilib
Digər ölkələr
8 Dekabr , 2021 13:24
Almaniyada yeni kansler seçilib
Olaf Şolts

Olaf Şolts Almaniyanın yeni kansleri seçilib.

“Report”un xəbərinə görə, o, İkinci Dünya müharibəsindən sonra ölkənin 9-cu hökumət başçısı olub.

O.Şoltsa Almaniya Bundestaqının 736 deputatından 395-i səs verib.

Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini qazanmalıdır. Bu o deməkdir ki, O.Şoltsa ən azı 369 deputat səs verməli idi.

Qeyd edək ki, sentyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası 25,7 faiz səslə qalib gəlib. Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar bloku isə cəmi 24,1 % səs toplayıb.
Seçkilərdən sonra sosial demokratlar, yaşıllar və liberallar yeni hökumət qurmaq üçün danışıqlara başlayıblar. Daha sonra onlar koalisiya sazişi imzalayıblar.

İngilis versiyası Germany gets new chancellor

Son xəbərlər

Orphus sistemi