Yuxarı

​Almaniyanın müdafiə naziri: "Qərb Suriyaya quru qoşunu göndərməməlidir"

Ursula fon der Lyayen: İraqda olduğu kimi yerli qüvvələri silahlandırıb, onlara təlim keçməliyik

Bakı. 19 yanvar. REPORT.AZ/ İŞİD-ə qarşı mübarizə aparmaq üçün Qərb dövlətləri Suriyaya quru qoşunu göndərməməlidir.

"Report" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen yerli "Bild" qəzetinə müsahibəsində bildirib.

"İndiki şəraitdə Qərb dövlətlərinin quru qoşun göndərməsi doğru addım olmazdı. Biz İraqda olduğu kimi yerli qüvvələri silahlandırıb, onlara təlim keçməliyik. Qalib gələcəkləri halda onlar uzun müddətli təhlükəsizliyi təmin edə bilərlər. Bundan başqa biz münaqişə bölgəsində "Tornado" kəşfiyyatçı-təyyarə göndərmişik. Bu daha məntiqli və doğru addımdır" - deyə fon der Lyayen vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi