Yuxarı

Almaniyalı nazir ABŞ-a Yunanıstanı Puerto-Riko ilə dəyişməyə təklif edib

Hazırda ABŞ valyutasından istifadə edən Puerto-Riko böhran keçirsə də, borcu Yunanıstanın borcundan xeyli azdır

Bakı. 11 iyul. REPORT.AZ/ Yunanıstanın dövlət borcu ilə bağlı sərt mövqeyi ilə məşhur olan Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bu ölkənin hökuməti tərəfindən qəbul edilən böhran əleyhinə tədbirlərə nikbin yanaşmadığını bildirib.

"Report"un İnterfaks istinadən verdiyi xəbərə görə, almaniyalı nazir amerikalı həmkarının Afinanın borcuna yenidən baxılması barədə çağırışına çoxmənalı zarafatla cavab verib.

"Bu günlərdə mən dostum Cek Lyuya dedim ki, əgər ABŞ Yunanıstanı “dollar ittifaqı”na götürməyə hazır olsa, biz də Puerto-Rikonu avrozonaya qəbul edə bilərik. O isə mənim zarafat etdiyimi düşündü", - deyə Şoyble bildirib.

Qeyd edək ki, hazırda ABŞ valyutasından istifadə edən ada dövləti böhran keçirsə də, borcu Yunanıstanın borcundan xeyli azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi