Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb Almaniya vətəndaşlığı olan gənc 2015-ci ildə özünü miqrant kimi qələmə verərək bu ölkədə qaçqın statusu almaq üçün müraciət edib
Digər ölkələr
27 Aprel , 2017 14:12
Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Almaniya hüquq-mühafizə orqanları Frankfurtda bundesver hərbçisini terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Frankfurt prokurorluğu təsdiqləyib.

Müstəntiqlər Almaniya vətəndaşlığı olan gəncin 2015-ci ildə özünü miqrant kimi qələmə verərək bu ölkədə qaçqın statusu almaq üçün müraciət etdiyini düşünür. İddiaya görə, o, sorğusu qəbul olunduqdan sonra qara bazardan tapança alıb və terror hücumları törətməyi planlaşdırıb. Onun mümkün motivləri haqqında hələ məlumat yoxdur.

Qeyd edək ki, hüquq-mühafizə orqanları hərbçidən başqa, daha bir nəfəri - Bavariyadan olan tələbəni saxlayıb.

Son xəbərlər

Orphus sistemi