Almaniyada yeni casusluq qalmaqalı qızışıb

Almaniyada yeni casusluq qalmaqalı qızışıb BND 2009-cu ildən etibarən uzun illər Britaniya siyasətçisi Ketrin Eştonu izləyib
Digər ölkələr
28 Fevral , 2016 01:13
Almaniyada yeni casusluq qalmaqalı qızışıb

Bakı. 28 fevral. REPORT.AZ/ Almaniya Federal Kəşfiyyat Xidməti (BND) yüksək vəzifəli siyasətçiləri indiyə qədər düşünüldüyündən daha çox dinləyib. Belə ki, BND 2009-cu ildən etibarən uzun illər Britaniya siyasətçisi Ketrin Eştonu izləyib.

Özü də dinləmələr K.Eşton Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı və Avropa Komissiyası sədrinin müavini işləyən dövrdə aparılıb. “Der Spiegel” jurnalı bu barədə hökumət dairələrindəki mənbələrə istinadla 27 fevral nömrəsində yazıb.

Hələ ötən ilin oktyabr ayının ortalarında məlum olub ki, BND Avropa və ABŞ siyasətçilərinin dinlənilməsi məqsədi ilə uzun illər həm ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA), həm də özünün açar sözlərindən istifadə edib.

“Der Spiegel”in yazdığına görə, BND 2013-cü ildə ABŞ-ın dövlət katibi Con Kerrinin mobil telefonunu da dinləmə aparatına qoşub. Amma dinləmə heç bir nəticə verməyib, çünki BND əməkdaşlarından biri, çox güman, ölkənin telefon kodunu dəyişik salıb və ABŞ-ın kodu əvəzinə Afrika ölkələrindən birinin kodunu yığıb.

Son xəbərlər

Orphus sistemi