Almaniyada yeni Bundestaq fəaliyyətə başlayıb

Almaniyada yeni Bundestaq fəaliyyətə başlayıb Parlamentin yeni tərkibi ilk dəfə toplaşıb
Digər ölkələr
24 Oktyabr , 2017 22:00
Almaniyada yeni Bundestaq fəaliyyətə başlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində Bundestaqın təsisedici iclası keçirilib. 

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumatda bildirilir ki, parlamentin yeni tərkibi bir ay əvvəl keçirilmiş seçkilərdən sonra ilk dəfə toplaşıb. İclasın birinci günündə deputatlar sabiq maliyyə naziri Volfqanq Şoybleni spiker vəzifəsinə təsdiq ediblər, həmçinin sədr müavinlərini irəli sürüblər. 

Sonra Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkel başda olmaqla, nazirlər kabinetinə fəxri fərmanlar təqdim edib. Amma onun hökuməti onsuz da məcburən hakimiyyətdə qalır, çünki yeni hökumət hələ formalaşdırılmayıb.

Son xəbərlər

Orphus sistemi