Almaniyada türklərin oxuduğu məktəbə hücum olunub

Almaniyada türklərin oxuduğu məktəbə hücum olunub Divarlara “Türklər alman ola bilməz” və “Türklər öldürüləcək” sözləri yazılıb
Digər ölkələr
4 Yanvar , 2015 15:56
Almaniyada türklərin oxuduğu məktəbə hücum olunub

Bakı. 4 yanvar. REPORT.AZ/ Almaniyanın Şimali Vestfaliya əyalətində bir məktəbə irqçilər tərəfindən hücum olunub.

"Report"-un TRT-yə istinadla verdiyi məlumata görə, liseyin pəncərələrinə və divarlarına “Türklər alman ola bilməz” və “Türklər öldürüləcək” yazıları ilə nasistlərin simvolu olan svastika işarələri çəkilib.

Duesseldorf Dövlət Təhlükəsizlik polisi, hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, Dormagen şəhərində təxminən 10 gün əvvəl də tikintisi davam edən Diyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Süleymaniyyə Məscidinə bənzər bir hücum həyata keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi