"Almaniyada rekord sayda vətəndaş Olaf Şoltsun işindən narazıdır" - SORĞU

Digər ölkələr
  • 08 dekabr, 2023
  • 10:19
Almaniyada rekord sayda vətəndaş Olaf Şoltsun işindən narazıdır - SORĞU

Almaniyada rekord sayda vətəndaş kansler Olaf Şoltsun işindən narazıdır. Sonuncu dəfə hakimiyyətdən bu qədər narazılıq 13 ildən çox əvvəl qeydə alınıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu, "ARD-DeutschlandTrend" sorğusunun nəticələridir.

Sorğu göstərib ki, respondentlərin cəmi 17 faizi hökumətin işindən razıdır, 82 faizi isə tamamilə narazıdır və ya aparılan siyasət onları heç qane etmir.

Respondentlərin yalnız 20 faizi Olaf Şoltsun işindən razıdır, 23 faizi onun ölkənin yaxşı antiböhran meneceri olduğuna inanır, 71 faizi isə əks fikirdədir.

44 filmi