Almaniyada qaçqınlara dəstək aksiyası keçirilib

Almaniyada qaçqınlara dəstək aksiyası keçirilib Bakı. 8 iyul. REPORT.AZ/ Almaniyanın bir neçə şəhərində Aralıq dənizində qaçqınlara və onlara kömək edən xilasedicilərə dəstək aksiyası keçirilib.
Digər ölkələr
8 İyul , 2018 06:54
Almaniyada qaçqınlara dəstək aksiyası keçirilib

Bakı. 8 iyul. REPORT.AZ/ Almaniyanın bir neçə şəhərində Aralıq dənizində qaçqınlara və onlara kömək edən xilasedicilərə dəstək aksiyası keçirilib.

"Report"un məlumatına görə, bu barədə "DW" xəbər verib.

Xəbərdə bildirilir ki, ən iri aksiya Berlində təşkil olunub. Bu kütləvi tədbirdə 12 minə yaxın insan iştirak edib. Aksiya iştirakçıları Aleksanderplatçdan Brandenburq qapılarına doğru yürüş ediblər. Onlar əllərində xilasediclərin geyimlərini tutublar. Qannoverdəki aksiyada 2000, Bremendə 1000-ə yaxın insan iştirak edib. Analoji aksiyalar Münhen, Leypsiq, Haydelberq və Frankfurt-Maynda da keçirilib.

Aksiyaya təşəbbüs alman xilasedicilərinin gəmisinin ətrafında baş verən münaqişədən sonra yaranıb: - onlar rezin qayıqdakı 234 miqrantı göyərtəyə qaldırıblar. Lakin İtaliya gəmini öz limanına buraxmağa imtina edib.

Son xəbərlər

Orphus sistemi