Almaniyada meşə yanğını genişlənir

Almaniyada meşə yanğını genişlənir Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyalətinin Lübten şəhəri yaxınlığında keçmiş hərbi poliqon ərazisində ötən gün başlayan meşə yanğını artıq 600 hektar sahəni əhatə edib.
Digər ölkələr
2 İyul , 2019 16:21
Almaniyada meşə yanğını genişlənir

Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyalətinin Lübten şəhəri yaxınlığında keçmiş hərbi poliqon ərazisində ötən gün başlayan meşə yanğını artıq 600 hektar sahəni əhatə edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Ludviqslust-Parxim dairəsinin rəhbərliyindən küləkli hava səbəbindən alovun sürətlə yayıldığını, hazırda dörd yaşayış məntəqəsindən cəmi 700-dək sakinin təxliyyə olunduğunu bildiriblər.

Yanğının qarşısını almaq üçün iki minədək canlı qüvvə və altı helikopter cəlb olunub. Ərazidə təlimlərdən sonra qalan sursatdan savayı, II Dünya müharibəsi dövründən qalma çoxlu partlayıcıların olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi