Almaniyada koronavirusdan ölənlərin sayı 3 200-ü ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 3 200-ü ötdü Almaniyada son bir gündə 2 486 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
15 Aprel , 2020 10:09
Almaniyada koronavirusdan ölənlərin sayı 3 200-ü ötdü

Almaniyada son bir gündə 2 486 nəfər koronavirusa yoluxub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.

Beləliklə, ölkədə qeydə alınan koronavirus hallarının sayı 127 584 nəfərə çatıb.

Bildirilib ki, ölənlərin sayı daha 285 nəfər artaraq 3 254-ə yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 729 nəfəri sağalıb, 126 758 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi